Xeberler » Ölke



15/06/2011 11:45
News photo Abituriyentlere tehsilhaqqı surprizi - ARAŞDIRMA

Nazirler Kabinetinin ali mekteblerde tehsilhaqqının artırılması qerarı 110 minden çox abituriyenti ciddi seçim qarşısında qoyub

Dövlet ali mekteblerinde tehsil haqlarının artırılacağı barede çoxdan beri dolaşan söz-söhbetler, nehayet, resmileşdi. Telebe Qebulu üzre Dövlet Komissiyasının (TQDK) orqanı olan "Abituriyent" jurnalının 3-cü sayındakı melumatlardan da görünür ki, 2011/2012-ci il tedris ili üzre bezi dövlet ali tehsil müessiselerinde ödeniş haqqı 300 manatdan 1500 manata qeder artırılıb. En çox artım Azerbaycan Tibb Universitetinin "Müalice işi"nin ödenişli bölmesinin eyani şöbesinde olub. Bu fakültede illik tehsil haqqı 1000 manatdan 2500 manata qaldırılıb. Hemçinin Azerbaycan Müellimler İnstitutu, Texniki Universitet, İqtisad Universiteti, Dövlet Neft Akademiyası, Pedaqoji Universitet, Diller Universiteti ve daha bir sıra ali tehsil müessiselerin bir çox fakültelerinde illik tehsil haqqı 300 manata qeder artıb.

Ödenişli tehsilin qiymetinin mehz ali mekteblere telebe qebulu erefesinde qaldırılması, bu qerarın Tarif Şurası deyil, birbaşa Nazirler Kabineti terefinden verilmesi xeyli suallar yaradır. Üstelik, adeten, qiymet artımları barede qerarlar dövletin resmi informasiya yayıcıları vasitesile geniş ictimaiyyete çatdırıldığı halda bu defe tehsil haqlarının qaldırılması xeberi ictimaiyyete xeyli gec, hem de dolayısı ile çatdırılıb. Halbuki dövlet ali mekteblerinde tehsil haqqının artırılması qerarı telebe qebulu prosesine qatılmış 110 minden çox abituriyentin ixtisas seçimine birbaşa tesir gösterir.

Maraqlıdır, bele bir dar macalda ölkenin pullu tehsil bazarında ödenişlerin artırılması hansı zeruretden yaranıb? Dövlet sifarişli ve ödenişli esaslarla qebul aparılan ixtisaslarda tehsilhaqqı hansı meyarlarla müeyyenleşir?

Beri başdan deyek ki, "Abituriyent" jurnalının 3-cü sayı çapdan çıxanadek tehsil haqlarının artırıldığına dair her hansı resmi melumat yayılmayıb. En maraqlısı ise odur ki, ali tehsil müessiselerinin özlerinde de ödenişleri artırılmasından yalnız "Abituriyent" jurnalının 3-cü sayı çapdan çıxandan sonra xeber tutublar. Dövlet Medeniyyet ve İncesenet, Tibb ve Texniki universitetlerin tedris şöbelerinde bildirirler ki, ödenişli ixtisaslarda tehsil haqqının artırılması barede onlarda resmi melumat olmayıb. Bele ki, universitetler tehsilhaqqının artırılmasından "Abituriyent" jurnalının 3-cü sayında 2011/2012-ci il tedris ili üzre ali mekteblere qebul planı açıqlanması ile xeber tutublar.

Telebe Qebulu üzre Dövlet Komissiyasının (TQDK) metbuat xidmetinin rehberi Elnur Nağızade ise deyir ki, ali mekteblerdeki illik tehsilhaqqının mebleği ile bağlı "Abituriyent" jurnalındakı melumatlar Nazirler Kabinetinden teqdim olunan senede esaslanır. Onun sözlerine göre, ali mekteblere telebe qebulu planı ve ixtisaslar üzre illik ödenişlerin mebleği her il Nazirler Kabineti terefinden tesdiq olunaraq TQDK-ya teqdim olunur: "TQDK ali mekteblerde illik ödenişlerin mebleğinin müeyyenleşmesinde heç bir formada iştirak etmir. Bu mesele Nazirler Kabineti terefinden müeyyen edilir. Yeni ali mekteb rehberleri Nazirler kabinetine müraciet edir, Nazirler Kabineti ise bu müracietler esasında bize qebul planı ile yanaşı tehsil haqqı qiymetlerini teqdim edir".

Dövlet sifarişli yerlere ödenişli qebul

Xatırladaq ki, dövlet ali tehsil müessiselerinde ödenişli tehsil forması üzre qebul 1994-cü ilden aparılır. Hemin il dövlet büdcesi vesaiti hesabına maliyyeleşen tehsil formasına ve ödenişli tehsil formasına telebe qebulu müsabiqesi ayrı-ayrı vaxtlarda keçirilib. 1995-ci ilden başlayaraq her iki tehsil formasına qebul eyni vaxtda aparılır ve abituriyentlere erizelerinde ödenişli ve ödenişsiz ixtisasları istedikleri ardıcıllıqla göstermek imkanı verilir.

TQDK-nın elmi-statistik tehlillerinden görünür ki, son iller ali tehsil müessiselerinde ödenişli ve ödenişsiz tehsil üçün ayrılmış plan yerleri arasındakı ferq birincinin xeyrine artım istiqametinde deyişir. Meselen, 2009/2010-cu ders ilinde dövlet ali mekteblerine qebul olunmuş telebelerin 16799-u ödenişli, 9790-ı ise ödenişsiz esaslarla tehsil alır. Analoji üstünlük 2010/2011-ci ders ili üçün de xarakterik olub. TQDK-da bildirirler ki, sonuncu qebul imtahanlarında ali tehsil müessiselerinin ixtisaslarını seçib müsabiqede iştirak eden abituriyentlerin 87,34 faizi öz erizesine ödenişli tehsil forması üzre qebul aparılan yerleri de qeyd edib. Bu gösterici I qrupda 83,11 faiz, II qrupda 87,34 faiz, III qrupda 89,20 faiz, IV qrupda ise 93,05 faiz teşkil edib. Öten ilki imtahanda iştirak eden 112 min 508 abituriyentden 15927-si öz erizelerinde yalnız ödenişli tehsil forması üzre qebul aparılan yerleri gösterib.

Yeri gelmişken, 2009-cu ilde yalnız ödenişli tehsil formasını seçen abituriyentlerin sayı cemi 10 min 348 nefer olub. 2010-cu ilde ise bu reqem evvelki ille müqayisede 5579 nefer ve ya 53,91 faiz artıb. Öten il ali mektebler üçün ayrılmış 30458 ümumi plan yerlerinin 10289-u dövlet sifarişli, 20169-u ise ödenişli yerlerin payına düşüb. Maraqlıdır ki, dövlet sifarişi ile telebe qebulu proqnozuna esasen, qebul planında nezerde tutulan 10289 yerden 735-ne namized olmadığı üçün hemin yerler boş qalıb. Bunun müqabilinde qebul planının dövlet sifarişli yerlerine de ödenişli esaslarla qebul aparılıb. Bütövlükde öten il ödenişli tehsil forması üzre 18876 telebe qebul olub. Ümumilikde 2010-cu ilde ali tehsil müessiselerine abituriyentlerin 66,42 faizi ödenişli tehsil forması üzre qebul olub. Bu gösterici Azerbaycan bölmesinde 65,48, rus bölmesinde ise 71,79 faiz teşkil edib. Belelikle, ödenişli tehsil forması üzre aparılan telebe qebulu dövlet sifarişi esasında aparılan telebe qebulundan sayca 2,19 defe çoxdur.

Xatırladaq ki, Nazirler Kabinetinin sonuncu qerarından sonra Azerbaycanın ali tehsil müessiselerinde illik tehsilhaqqının en aşağı heddi 900, en yuxarı hedd ise 4500 manat seviyyesinde müeyyen edilib. En yüksek tehsilhaqqına göre seçilen ali mektebler arasında Qafqaz Universiteti de var. Bele ki, 2011/2012-ci il tedris ili üçün bu özel universitetin Beynelxalq münasibetler fakültesinde illik tehsil haqqı 4500 manat mebleğinde müeyyen edilib. Halbuki öten il hemin fakültede illik tehsilhaqqı 4000 manat olub.

Tehsil Nazirliyinde ise deyirler ki, ali mekteblerde illik ödenişlerin mebleğinin artırılması esasen, dövlet sifarişi ixtisaslara aiddir. Nazirlikde hesab edirler ki, dövlet sifarişli ixtisaslar üzre tehsil haqları ödenişli esaslarla olan ixtisaslar üzre tehsil haqqından az olmamalıdır. Bu sebebden de nazirlik hele ilin evvelinde dövlet sifarişli ixtisaslarda tehsilhaqqının mebleğinin mövcud tehsil xerclerine uyğunlaşdırılması üçün Maliyye ve İqtisadi İnkişaf nazirlikleri ile birge meslehetleşmeler aparıb. Bu meslehetleşmelerden dövlet sifarişi hesabına ali mekteblere qebul olunanların dövlet terefinden ödenilen tehsil xercleri ile bağlı hazırlanmış tekliflere Nazirler Kabinetine teqdim olunub. Nazirler Kabineti ise öz növbesinde dövlet ali mekteblerinde, elece de özel universitetlerin dövlet sifarişleri üzre ixtisaslarında illik ödenişlerin artırılması barede qerar qebul edib.

Tehsil haqqını kim müeyyen etmelidir?

Ekspertler ise tehsil haqlarının bu şekilde qaldırılmasının qüsurlu olduğu qenaetindedirler. Çünki hazırda qüvvede olan qanunvericiliyin teleblerine göre dövlet ödenişli tehsil sisteminde illik ödenişlerin mebleğleri Tarif Şurasının qerarı ile müeyyenleşmelidir. Bele ki, "Tenzimlenen qiymetler haqqında" qanunun 2.1.4-cü maddesine esasen, tenzimlenen qiymetlerin seviyyesini müvafiq icra hakimiyyeti orqanı müeyyen etmelidir. Bu qanunun 5-ci maddesi qiymetlerin tenzimlenmesi sahesinde dövletin vezifelerini müeyyenleşdirir ve hemin maddenin 3-cü bendinde qeyd olunur ki, tenzimlenen qiymetlerin tesdiqi, tetbiqi ve deyişdirilmesi bilavasite dövletin vezifesidir.

Ölke başçısının 26 dekabr 2005-ci il tarixli fermanı ile tesdiqlenmiş Tarif (qiymet) Şurası haqda Esasnamenin 2.1.1-ci maddesinde ise gösterilir ki, tenzimlenen qiymetler üzre tenzimlemeni bu şura heyata keçirmelidir. Nehayet, Nazirler Kabinetinin "Qiymetleri (tarifleri) dövlet terefinden tenzimlenen malların (işlerin, xidmetlerin) siyahısı haqqında" 28 sentyabr 2005-ci il tarixli, 178 saylı qerarında 39 növ mehsul (xidmet) müeyyen olunub. Hemin siyahının 15-ci sırasında qeyd olunur: "Dövlete mexsus tehsil sahesinde xidmetlere ali mekteblerin müxtelif pillelerine ve orta tehsil bazasında orta ixtisas mekteblerine telebe qebulu zamanı abituriyentlerden senedlerin götürülmesi, ali bakalavr, magistratura, ikinci tehsil pillelerinde ödenişli esaslarla kadr hazırlığı, orta ixtisas ve peşe tehsili aiddir".

Belelikle, qüvvede olan normativ-hüquqi aktlar gösterir ki, dövletin pullu tehsil xidmetleri üzre ödeniş haqlarını Tarif Şurası müeyyenleşdirmelidir. Amma şuranın 23 iyul 2004-cü ilden 31 iyul 2009-cu iledek qebul etdiyi 55 qerar arasında tehsil haqlarının müeyyen olunması ile bağlı her hansı sened yoxdur.

Maraqlıdır ki, Tarif Şurasında Nazirler Kabinetinin ali mekteblerde tehsilhaqqının qaldırılmasını nezerde tutan qerarına münasibet bildirmirler. Şurada deyirler ki, "Dövlet qulluğu haqqında" qanuna esasen, yuxarı instansiyanın qerarlarına şerh verilmir.

Tehsilin keyfiyyeti de qaldırılmalıdır

Tehsil Nazirliyi Aparatının rehberi İlham Pirmemmedov bildirir ki, tehsilhaqqının artırılmasında esas meqsed tehsilin seviyyesinin qaldırılmasına nail olmaqdır. Onun sözlerin göre, universitetler bu yolla özlerinin maddi-texniki bazasını, tedrisin keyfiyyetini yükseltmek isteyir. Bu ise bazar iqtisadiyyatının qanunlarına zidd sayılmır.

Dövlet sifarişli ixtisaslar üzre tehsil haqlarının qaldırılmasına gelince, İlham Pirmemmedov hesab edir ki, bunun da esas meqsedi Azerbaycanda ali tehsilin maliyyeleşmesini daha semereli mexanizmlerini işleyib hazırlamaqdır: "Ali tehsil müessiselerinde adambaşına her telebeye düşen vesaitler bir-birinden ferqlenir. Biz isteyirik ki, bu ferqler obyektiv olsun. Bizim meqsedimiz hem de ali tehsile ayrılan vesaitlerin tehsilin keyfiyyetinin yükseldilmesine yöneltmekdir".

Nazirlik resmisi onu da bildirib ki, 2007-ci ilde Azerbaycanda 1 telebeye düşen dövlet xerci 1151 manat, 2008-ci ilde 1592 manat, 2009-cu ilde 2102 manat olub. Onun sözlerine göre, hazırda ali tehsil alan telebelerin yarıdan çoxu ödenişli esaslarla oxuyur. Ancaq dövlet sifarişli ixtisaslar üzre müeyyenleşdirilmiş mövcud qiymetler hem ödenişli ixtisaslarda, hem de özel universitetlerdeki tehsil haqlarından aşağıdır.
Şerhler (0)

Xeberler
Bölmeler

Rengli|Rengsiz
myWAP