Xeberler » Ölke




01/08/2011 10:58
News photo Bu günden Azerbaycanda ingilis dili müellimi işlemek isteyenlerin işe qebulu üçün imtahanlar başlayıb

Azerbaycan Tehsil Nazirliyi (TN) bu günden orta mekteblerde ingilis dili müellimi işlemek meqsedile erize vermiş namizedlerin işe qebulu üçün imtahanların keçirilmesine başlayıb.

Tehsil Nazirliyinden Trend-e verilen melumata göre, bu imtahanların keçirilmesi avqustun 5-de yekunlaşacaq.

İmtahanların keçirilme yeri ve tarixi barede her bir namizedin "Şexsi kabinet"ine melumatlar gönderilib. İmtahanlar TN-in Tehsilin İnformasiyalaşdırılması İdaresinde keçirilir.

İmtahan 1 saat davam edecek. Her defe idarede eyni vaxtda 60 nefer imtahan vere bilecek. Gün erzinde ise 360 neferin imtahan vermesi nezerde tutulur. İmtahanda namizede 35 sual teqdim edilecek. İmtahan biten kimi namized öz cavabını öyrenecek. Namizedin topladığı bal kompüterde gösterilecek.

İmtahanda test tapşırıqlarının 80 ve daha yüksek faizine düzgün cavab veren namizedler keçid balını toplamış hesab olunacaqlar.

Heveslendirme tedbirlerinin tetbiq olunduğu vakant yerlere işe qebul üçün namizedler ümumi testlerin azı 60 faizine cavab vermekle keçid balını toplamalıdırlar.
İmtahandan keçmiş namizedler növbeti merheleye - müsahibeye buraxılacaq.

Azerbaycanda ilk imtahan ibtidai sinif müellimi işlemek isteyenler üçün teşkil olunub.

Növbeti imtahan avqustun 8-11-de Azerbaycan dili ve edebiyyatı, avqustun 12-de kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-de biologiya, avqustun 22-24-de riyaziyyat, avqustun 25-de informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da çağırışaqederki hazırlıq, emek hazırlığı, musiqi ve neğme, tesviri incesenet, avqustun 30-da fiziki terbiye müellimliyi ixtisasları üzre keçirilecek.

Respublika üzre müellimlerin işe qebulu sentyabrın 10-dek tam yekunlaşacaq.

Bu ilden Azerbaycanda müellimlerin işe qebulu üçün müsabiqe üç merheleli olacaq.
Birinci merhelede müellim kimi çalışmaq üçün işe qebul olmaq isteyenlerin elektron erizelerindeki göstericiler qiymetlendirilecek. Daha sonra namizedler test imtahanı verecekler.

Yekunda - üçüncü merhelede ise namizedler müsahibeden keçecekler. Müsahibe Tehsil Nazirliyinin yaratdığı komissiya terefinden aparılacaq.

2011-2012-ci tedris ili üçün respublikanın orta mekteblerindeki 2177 vakant yere 9342 nefer sened verib. Vakant yerlerin 374-ü Bakının, 1803-ü diger rayon ve şeherlerin payına düşür. En yüksek müsabiqe veziyyeti ibtidai sinif müellimliyi üzredir. Respublikanın orta mekteblerindeki 110 vakant yere 1834 nefer sened verib.

Bundan sonrakı yerler ingilis dili müellimliyi üzredir. Bu fenn müellimleri üçün teqdim olunan 241 vakant yere 1610 nefer sened verib. Azerbaycan dili ve edebiyyatı fenn müellimleri üçün nezerde tutulan 265 vakant yere 1389 nefer erize teqdim edib.
Şerhler (0)

Xeberler
Bölmeler

Rengli|Rengsiz
myWAP