Xeberler » Ölke



16/11/2011 10:31
News photo Azerbaycanda herbi xidmetle bağlı qanuna deyişiklik edildi

Tek oğulların herbi xidmete çağırılması meselesi parlamentde geniş müzakirelere sebeb olub

Belli olduğu kimi, parlamentin bu gün keçirilen iclasında "Herbi xidmete çağırışın esasları haqqında" qanuna deyişiklikler müzakire edilib. Millet vekilleri ailenin tek övladı olan kişilerin, hemçinin tenha anaların övladlarının herbi xidmete çağırılmaması teklifini seslendiribler.

Millet vekili Fazil Mustafa ailenin tek övladı olan oğlanların herbi xidmete çağırılmamasını teklif edib. Deputat Elmira Axundova ise Fazil Mustafanın teklifine destek vererek qanuna elavelerin de müzakire olunması fikrini ireli sürüb. Onun fikrince, tenha anaların övladlarının da herbi xidmetden azad olunması meqsedeuyğundur.

Deputat Qüdret Hesenquliyev ise ailenin tek oğlanları ve tek övladlarının herbi xidmetden azad olunmasını yolverilmez sayır. O, hazırda ailelerin böyük ekseriyyetinin tek oğlan ve yaxud tek övlad olaraq planlaşdırıldığını esas getirerek, bu zaman ordunun kompleksleşdirilmesinde çetinliklerin ortaya çıxacağını söyleyib.

Öz növbesinde parlamentin birinci vitse-spikeri Ziyafet Esgerov qeyd edib ki, Milli Meclis, Müdafie Nazirliyi ve Prezident Administrasiyası herbi qanunvericilik aktlarının monitorinqini aparır ve bunun neticesi olaraq deyişiklikler müzakireye çıxarılacaq. İndiki qanunvericilikde ise ailenin tek övladı da heqiqi herbi xidmete çağırılır.

Müzakirelerden sonra "Herbi xidmete çağırışın esasları haqqında" qanuna texniki deyişiklikler qebul edilib.

ANS-in çekiliş qrupu bu mesele ile bağlı şeher sakinleri arasında kiçik sorğu keçirib. Şeher sakinlerinin fikirleri müxtelif olub. Meselen, Aydın Ehmedzade tek övladların heqiqi herbi xidmetden azad edilmesini müsbet sayır. Onun fikrince, bele bir deyişiklik edilse, yaxşı olardı.

Rüfet Semedov adlı genc ise deyir ki, eger orduya gönderilen gencin valideynlerinin biri, daha doğrusu atası yoxdursa, onu orduya getmekden azad etmek lazımdır: "Yox eger orduya gönderilen gencin valideynleri varsa, o mütleq herbi xidmete getmelidir".

Herbi ekspert Cesur Sümerinli ise hesab edir ki, bu tekliflerin qebul olunması Azerbaycanda heqiqi herbi xidmete çağırış prosesini daha da tekmilleşdire biler. Bele ki, bir çox qabaqcıl ölkelerde olduğu kimi, Azerbaycanda da herbi xidmet tedricen könüllü xarakter alar. Onun sözlerine göre, bu deyişiklikler normal haldır.

C.Sümerinli hemçinin qeyd edib ki, gelecekde Azerbaycanda könüllü herbi xidmete keçmek mümkün olacaq. Azerbaycanın herbi büdcesinin 3 milyard manata çatmasını buna imkan verdiyini deyen herbi ekspert bununla bele ölkenin indi müharibe şeraitinde olduğunu unutmamağa çağırıb.
Şerhler (2)

Xeberler
Bölmeler

Rengli|Rengsiz
myWAP