Xeberler » İdman



31/01/2013 18:49
News photo "Xezer Lenkaran" ispan qapıçı aldı

"Xezer Lenkeran" daha bir futbolçu ile münasıbetlerini resmileşdirib. Azerisport.az klubun resmi saytına istinaden xeber verir ki, cenublular bu gün 32 yaşlı ispaniyalı qapıçı Antonio (Toni) Doblas Santana ile 1,5 illik müqavile imzalayıblar.

1,85 m. boya malik olan Toninin çıxış etdiyi son klub "Xerez" olub. O, bu kluba mexsus olduğu "Zaragoza"dan icareye verilmişdi.

Doblasın peşekar futbolçu karyerası 1999-cu ilde hele yeniyetme yaşında oynadığı "Betis" klubundan başlayıb. O, bu komandanın evezedici heyetinde 4 mövsüm keçirerek, daha sonra hemin klubun esas heyetinde oynamağa başlayıb. 2003-cü ilde Toni bir mövsümlük "Xerez" klubuna icareye verilib. 2008-ci ilde ise "Zaragoza" klubuna keçib. Burada 1 mövsüm oynayandan sonra Doblas "Huesca" klubuna transfer olunub, lakin mövsüm başa çatan kimi yeniden "Zaragoza"ya qayıdıb. Öten (2011/12) mövsümünü Toni "Zaragoza" nın futbolçusu olaraq icare esasında "Xerez"de keçirib.
Şerhler (0)

Xeberler
Bölmeler

Rengli|Rengsiz
myWAP