Xeberler » Ölke



10/05/2011 10:26
News photo Bu gün Heyder Eliyevin anadan olmasının 88-cı ildönümüdür

Azerbaycanı vetendaş müharibesinden qurtaran liderin doğum günü ile bağlı tedbirler Azerbaycanla yanaşı dünyanın bir çox ölkelerinde de qeyd edilir

Bu gün ümumilli lider Heyder Elirza oğlu Eliyevin doğum günüdür. O, 1923-cü il mayın 10-da Azerbaycanın Naxçıvan şeherinde anadan olub. O, 1939-cu ilde Naxçıvan Pedaqoji Texnikumunu bitirdikden sonra Azerbaycan Senaye İnstitutunun (indiki Azerbaycan Dövlet Neft Akademiyası) memarlıq fakültesinde tehsil alıb. Başlanan müharibe ona tehsilini başa çatdırmağa imkan vermeyib.

1941-ci ilden Heyder Eliyev Naxçıvan MSSR Xalq Daxili İşler Komissarlığında ve Naxçıvan MSSR Xalq Komissarları Sovetinde şöbe müdiri vezifesinde işlemiş ve 1944-cü ilde dövlet tehlükesizliyi orqanlarında işe gönderilib. O, 1964-cü ilden Azerbaycan SSR Nazirler Soveti yanında Dövlet Tehlükesizliyi Komitesi sedrinin müavini, 1967-ci ilden ise sedri vezifesinde işlemiş, general-mayor rütbesine qeder yükselib. Hemin illerde o, Leninqrad şeherinde (indiki Sankt-Peterburq) xüsusi ali tehsil almış, 1957-ci ilde ise Azerbaycan Dövlet Universitetinin tarix fakültesini bitirib.

1969-cu ilde H. Eliyev Azerbaycan Kommunist Partiyası Merkezi Komitesinin birinci katibi seçilerek respublikanın rehberi,1982-ci ilin dekabrında SSRİ Nazirler Soveti sedrinin birinci müavini vezifesine teyin edilmiş ve SSRİ-nin rehberlerinden biri olub. Heyder Eliyev iyirmi il erzinde SSRİ Ali Sovetinin deputatı, beş il ise SSRİ Ali Soveti sedrinin müavini vezifelerinde çalışıb.

H.Eliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Merkezi Komitesi Siyasi Bürosunun ve şexsen Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xette etiraz elameti olaraq, tutduğu vezifelerden istefa verib.

Heyder Eliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda töretdiyi qanlı facie ile elaqedar ertesi gün Azerbaycanın Moskvadakı nümayendeliyinde beyanatla çıxış ederek, Azerbaycan xalqına qarşı töredilmiş cinayetin teşkilatçıları ve icraçılarının cezalandırılmasını teleb edib. O, Dağlıq Qarabağda yaranmış keskin münaqişeli veziyyetle bağlı SSRİ rehberliyinin ikiüzlü siyasetine etiraz elameti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını terk edib.

1990-cı ilin iyulunda Azerbaycan Ali Sovetine deputatı,1991-1993-cü illerde Naxçıvan Muxtar Respublikası Ali Meclisinin sedri, Azerbaycan Respublikası Ali Soveti sedrinin müavini olub. Heyder Eliyev 1992-ci ilde Yeni Azerbaycan Partiyasının Naxçıvan şeherinde keçirilmiş tesis qurultayında partiyanın sedri seçilib.

1993-cü ilin may-iyun aylarında hökumet böhranının son derece keskinleşmesi ile ölkede vetendaş müharibesi tehlükesi yarandıqda Heyder Eliyev resmen Bakıya devet edilerek, iyunun 15-de Azerbaycan Ali Sovetinin sedri seçilir, iyulun 24-de ise prezidentin selahiyyetlerini heyata keçirmeye başlayır. 1993-cü il oktyabrın 3-de birinci, 1998-ci ilin oktyabrın 11-de ise ikinci defe Azerbaycan Respublikasının prezidenti seçilir. İkinci defe rehberliye qayıdandan sonra Heyder Eliyev sehhetindeki problemlerle elaqedar 1998-ci ilde Gülhane herbi tibb akademiyası, sonrakı illerde hem de Amerika Birleşmiş Ştatlarının Klivlend klinikasına bir neçe defe müraciet edir. Son defe ise Heyder Eliyevin veziyyeti 2003-ci ilin, aprel ayında, Cemşid Naxçıvanski adına herbi litseyin mezunları qarşısında çıxış ederken pisleşdi. O iki defe müvazinetini itirse de, sonradan öz çıxışını davam etdirmeye özünde güc tapdı. Bir müddet Heyder Eliyev, Bakıda öz fealiyyetini davam etdirse de, sehheti ona normal işlemeye imkan vermediyinden yeniden Türkiyeye müaliceye yollanır, avqust ayında ise Amerika Birleşmiş Ştatlarının Klivlend klinikasına yola düşür. 2003-ci il dekabrın 12-de hekimlerin resmi açıqlamasına göre, Heyder Eliyev ürek çatışmazlığından vefat edir.
Heyder Eliyev bir çox dövlet orden ve medallara, beynelxalq mükafatlara layiq görülmüş, müxtelif ölkelerin universitetlerinin fexri doktoru seçilib.

Merhum eks-prezidentin doğum günü ile bağlı tedbirler Azerbaycanla yanaşı dünyanın bir çox ölkelerinde de qeyd edilir. H.Eliyevin ad günü münasibeti ile bu gün hemçinin paytaxt Bakıda Gül bayramı da keçirilir.
Şerhler (0)

Xeberler
Bölmeler

Rengli|Rengsiz
myWAP